Avqustun sonuna qədər ermənilərin Laçından tam çıxacağı deyilir

Avqustun sonuna qədər ermənilərin Laçından tam çıxacağı deyilir
5 Avqust 2022

Sülhməramlıların vasitəçiliyilə razılaşma əldə olunub ki, avqustun sonuna qədər ermənilər Laçını azad etməlidirlər.

Bu barədə avqustun 4-də Ermənistan KİV-ləri Qarabağdakı mənbələrə istinadən məlumat yayıblar.

Göstərilən tarixə qədər erməni tərəfi Laçından yan keçməklə yol çəkməyi öhdəsinə götürür - bu, yolun Kornidzor kəndindən Azərbaycanla sərhədə qədər olan yolun 3 kilometrlik hissəsidir, buradan indiki Laçın dəhlizinə alternativ yol başlayır.

Ermənistanın infrastruktur naziri Qnel Sanosyanın bəyanatı bu məlumatı dolayısı ilə təsdiqləyir.  "Yol tikilir, proses üç hissəyə bölünüb. Yaza qədər yolun tikintisi başa çatdırılacaq", - o, Laçından yan keçməklə yolun çəkilib-çəkilməyəcəyilə bağlı sualın cavabında jurnalistlərə deyib.

(Turan)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun