Yaponiya Rusiya qızılının idxalına embarqo qoyub

Yaponiya Rusiya qızılının idxalına embarqo qoyub
5 İyul 2022
Mətni dəyiş

Yaponiya hakimiyyəti Rusiya qızılının idxalına qadağa qoyub və sanksiyalar siyahısını genişləndirib. Müvafiq məlumat Yaponiya Maliyyə Nazirliyinin saytında dərc olunub.

Xüsusilə şəxsi sanksiyalar Rusiya prezidenti Vladimir Putinin yaxın dostu sayılan musiqiçi Sergey Rolduginə, onun həyat yoldaşı Yelena Mirtovaya, “Severstal”ın əsas sahibi Aleksey Mordaşovun həyat yoldaşı və uşaqlarına, həmçinin Moskvada daşınmaz əmlaka sahib olan "Kiyev Ploshchad" şirkətlər qrupunun təsisçisi Qod Nisanov şamil edilir. 

Yaponiya G7-nin üzvüdür, təşkilatın iyunun sonunda keçirilən sammitində Rusiya qızılının idxalına qadağa qoyulması barədə qərar qəbul edilib. G7-nin üzvləri olan ABŞ, Kanada və Böyük Britaniya artıq embarqo elan edib. G7-nin də üzvü olan Aİ-yə üzv ölkələr hələlik embarqonu açıqlamayıblar, lakin media mənbələrinə görə, bu tədbirin Aİ-nin yeni sanksiyalar paketinə daxil ediləcəyi gözlənilir.

Rusiya dünyanın ikinci ən böyük qızıl ixracatçısıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun