Qarabağ ermənilərinin lideri Laçını tərk etmək söhbətini təsdiq edib

Qarabağ ermənilərinin lideri Laçını tərk etmək söhbətini təsdiq edib
1 İyul 2022
Mətni dəyiş

Qarabağ separatçılarının lideri Araik Arutyunyan bu gün Qarabağ "parlamentində" ermənilərin Laçını tərk etməli olduğunu bəyan edib.

"Həmvətənlərimizin Laçında yaşamağa davam etməsi mümkünlüyünün çox az olduğunu hesab edirəm", deyə Arutyunyan qeyd edib ki, etiraz etdikləri təqdirdə "Yerevanda yaşayan siyasi xadimlər və ya vəzifəli şəxslər cavab verməyəcək, saniyələr ərzində bunun ağır bəhrələrini biz toplamalı olacağıq".

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Ermənistan və Qarabağ arasında yeni yol çəkilməsi ilə əlaqədar ermənilər Laçın şəhərini qaytarmalıdırlar. Hazırki yol Laçın şəhərindən keçir, burada heç vaxt ermənilər olmayıb.

Yeni yol yaxın gələcəkdə təhvil verilməlidir, amma Ermənistan elitasının bir hissəsi Laçını tərk etməyin əleyhinə çıxır, bu da Azərbaycan SQ ilə yeni döyüşlərə və ermənilər üçün növbəti ərazi itkilərinə səbəb ola bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun