Misir Ukraynadan 240 min ton buğdanın alınması ilə bağlı müqaviləni ləğv edib

Misir Ukraynadan 240 min ton buğdanın alınması ilə bağlı müqaviləni ləğv edib
28 İyul 2022
Mətni dəyiş

Misir fevral və mart aylarında Ukraynadan ümumilikdə 240 min ton taxıl alınmasının nəzərdə tutulduğu müqavilələrdən imtina edib, Reuters iki məlumatlı mənbəyə istinadən xəbər verir.

Müharibə olduğu üçün taxılı vaxtında çatdırmaq mümkün olmayıb. Bir yüklənmiş taxıldaşıyıcısı hələ də Qara dəniz limanını tərk etməyib, taxılın çatdırılması üçün icarəyə götürülmüş digər dörd gəmidə isə ümumiyyətlə yüklənmə həyata keçirilməyib.

Hazırda taxıl daşımalı olan, lakin yükü qəbul etməyən gəmilər müqavilə öhdəliklərindən azad edilir.

Odessa vilayətinin Çernomorsk limanında yüklə dayanan beşinci taxıldaşıyıcı gəminin hələ də ən qısa zamanda Misirə göndərilməsi planlaşdırılır.

Reuters yazır ki, Misir dünyanın ən böyük taxıl idxalçılarından biridir. Müharibədən əvvəl bu ölkə Ukraynadan xeyli miqdarda buğda alırdı.

İyulun 22-də Rusiya və Ukrayna BMT və Türkiyənin yardımı ilə taxıl ixracı ilə bağlı iki ayrı saziş imzalayıb. İyulun 27-də Ukrayna tərəfi bəyan edib ki, Odessa, Çernomorsk və Yujnı dəniz limanları taxıl ixracı üçün onların blokunun açılması haqqında saziş imzalandıqdan sonra işini bərpa edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun