Boşanmalar azalıb

Boşanmalar azalıb
1 İyul 2022
Mətni dəyiş

Son altı ayda bağlanmış nikahların sayı 20 faizdən çox artaraq 28 minə çatıb, boşanmanın sayı isə 11 faiz azalıb.

Bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Eyni zamanda qeydə alınmış doğumun sayı artaraq 60 minə yaxın olub. Ölüm isə 15 faizədək enib. Bu günlərdə iqtisadçı ekspert Toğrul Vəliyev də özünün Telegram kanalında qeyd edib ki, cəmiyyətdə boşanmaların sayının sürətlə artması ilə bağlı fikirlər doğru deyil. O, son 7 il ststistik göstəricilərini də təqdim edib: Aprel 2015 - 1200 Aprel 2016 - 900 Aprel 2017 - 1285 Aprel 2018 - 1312 Aprel 2019 - 1590 Aprel 2020 - 464 Aprel 2021 - 1719 Aprel 2022 - 1425

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun