Azərbaycanda benzinin yenidən bahalaşacağı gözlənilir

Azərbaycanda benzinin yenidən bahalaşacağı gözlənilir
11 İyul 2022

Azərbaycanda Aİ-95 markalı benzinin qiymətinin qalxacağı gözlənilir.

Bu barədə "Haqqın.az" məlumat yayıb.

Benzinin qiymətinin qalxmasına səbəb kimi dünya enerji bazarındakı volatillik göstərilir.

Hazırda "Azeri Light” markalı neftin 1 barelinin qiyməti 120 dollar ətrafında dəyişir.

"Azərbaycan neft emal edən ölkədir. Bu, ona daxili bazarda neftdən alınan müxtəlif məhsullar – dizel və benzinin müxtəlif markalarına görə qiymətləri sabit saxlamağa imkan verir. Hətta, bəzi neft məhsullarına görə qiymət qalxdıqda belə, bu, cəmiyyət arasında xüsusi narahatlığa səbəb olmadı. Çünki istehlakçı anlayır ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunmuş digər ölkələr kimi onun qanunları ilə yaşayır və qiymət dəyişkənliyini nəzərə almaya bilməz”, – deyə məqalədə qeyd olunur.

Ekspertlər hesab edir ki, neft və neft məhsullarının kəskin bahalaşması dünya iqtisadiyyatında növbəti tənəzzülə səbəb ola bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun