Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyev barəsində protokol tərtib edilib

Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyev barəsində protokol tərtib edilib
6 İyul 2022
Mətni dəyiş

İyulun 5-də Bakı Apellyasiya Məhkəməsində fəal Bəxtiyar Hacıyevin barəsində protokol tərtib edilib.

Buna Hacıyevlə onun Yasamal məhkəməsinin qərarından şikayətini təmin etməkdən imtina edən hakim heyəti arasında mübahisə səbəb olub.

"Mən öz ünvanıma təhqirlərə görə şikayət etdim, amma hakim imtina etdi. O zaman mən onlara dedim ki,  “təhqir yoxdursa, orada yazılanlar sizin ailə üzvlərinizə aiddir”, -  Hacıyev deyib.

Bundan sonra onun barəsində protokol tərtib edilib və fəalın məsuliyyətə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib.

Söhbət jurnalist Ülviyyə Alovlunun fikirlərindən gedir ki, Bəxtiyar Hacıyev bunu təhqir kimi qiymətləndirib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun