Aİ Azərbaycanla qaz sazişi imzalamağa hazırlaşır

Aİ Azərbaycanla qaz sazişi imzalamağa hazırlaşır
14 İyul 2022

Aİ Avropaya tədarükün dayandırılmasından sonra Rusiyadan asılılığı azaltmaq üçün Azərbaycanla qaz idxalı haqqında qeyd-şərtsiz saziş imzalamağa hazırlaşır. 

Aİ və Azərbaycan arasında "Strateji tərəfdaşlıq" "Xəzərdən təbii qazın Avropa İttifaqına və ola bilər ki, Balkanlara tədarükünü" nəzərdə tutur, EUobserver nəşrinin tanış olduğu saziş layihəsində belə deyilir.

Sazişdə 2027-ci ildə ildə 20 mlrd. kubmetr qaz tədarükü nəzərdə tutulur, deyə mənbə qeyd edir və əlavə edir ki, bunun üçün böyük investisiyalar yatırılacaq və Cənub Qaz Dəhlizi şəbəkəsi genişləndiriləcək.

Saziş layihəsində Azərbaycanın Ermənistanla "dondurulmuş münaqişəsinə" toxunulur və "bir-birinin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərinin pozulmazlığına hörmət və dəstək" ifadə olunur.

Aİ nümayəndələri memorandumun nə zaman imzalana biləcəyini açıqlamayıblar, amma Aİ-nin energetika üzrə komissarı Kadri Simson bu ayın sonunda Bakıya gəlir, iyulun 19-da isə Brüsseldə tərəflər arasında danışıqlar aparılacaq. // Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun