Rusiya XİN: 'Fərrux kəndinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesi ilə əlaqəsi yoxdur'

Rusiya XİN: 'Fərrux kəndinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesi ilə əlaqəsi yoxdur'
15 İyun 2022
Mətni dəyiş
"Fərrux kəndinin Azərbaycan Ermənistan sərhədinin delimitasiyası prosesi ilə əlaqəsi yoxdur". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Zaxarova bildirib ki, sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Fərrux kəndi ilə heç bir əlaqəsi yoxdur. "Ümid edirik ki, komissiyanın fəaliyyətə başlaması Bakı və İrəvan arasında etimadın yüksəlməsinə və həm Azərbaycan Ermənistan sərhədində, həm də sülhməramlıların məsuliyyət zonasında insidentlərin qarşısını almağa kömək edəcək", deyə Rusiya XİN rəsmisi vurğulayıb. Zaxarova həmçinin qeyd edib ki, Rusiya ən yaxın vaxtda Azərbaycan Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasını keçirməyə hazırdır. "Biz mayın 24-də Azərbaycan Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın birinci iclasının keçirilməsini alqışlamışıq. Razılaşdırılıb ki, ikinci görüş Moskvada keçirilsin. Biz öz tərəfimizdən ən yaxın vaxtda bu görüşü təşkil etməyə hazırıq. Azərbaycan və Ermənistandan olan tərəfdaşlarımızdan görüşün tarixi ilə bağlı təkliflər gözləyirik", deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun