Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun Qarabağla bağlı səhvini düzəldib

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun Qarabağla bağlı səhvini düzəldib
10 İyun 2022
Mətni dəyiş

İyunun 9-da Ermənistanın paytaxtı Yerevanda Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Arorat Mirzoyanla birlikdə mətbuat konfransı olub.

Jurnalistlərin suallarını cavablandıran Lavrov bildirib ki, Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyət Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcək.

Bu fikirlər Azərbaycanda birmənalı qarşılanmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.

Azərbaycan tərəfi əlavə edib ki, bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur.

Ancaq biraz keçdikdən sonra Rusiya Xarici İşlər Nazirliyi nazir Sergey Lavrovun səhvini düzəldib.

Nazirliyin saytında yayılan məlumatda nazirin sözügedən mövzuya cavabı bu şəkildə təqdim olunub: "Qarabağda vəziyyətin deeskalasiyası baxımından müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun