Minsk qrupunun Rusiyadan olan həmsədri Qarabağı müzakirə etməkdən imtina edib

Minsk qrupunun Rusiyadan olan həmsədri Qarabağı müzakirə etməkdən imtina edib
28 İyun 2022
Mətni dəyiş
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev Amerika tərəfinin Qarabağı müzakirə etmək dəvətini qəbul etməyib. Sputnik Azərbaycan bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu özünün “Twitter” səhifəsində məlumat yayıb. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri həmkarları ilə müzakirələrin təşkili ilə bağlı danışıb. “Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk qrupunun işini davam etdirməsini səbirsizliklə gözləyirik”, - deyə məlumatda bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun