Kinoşünaslar və kinoyazarlar üçün yeni sayt yaradılıb

Kinoşünaslar və kinoyazarlar üçün yeni sayt yaradılıb
14 İyun 2022
Mətni dəyiş
Azərbaycan Kinematoqrafçılar İttifaqı kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib. Bu barədə İttifaqın katibi Əli İsa Cabbarov məlumat verib. Qeyd olunub ki, “Kinoyazar.az” adını almış yeni saytda Sevda Sultanova, Aygün Aslanlı, Aliyə Dadaşova, Hacı Səfərov və digər kinoyazarların məqalələri daimi şəkildə yayımlanacaq. Saytda yerli müasir kinonun problemləri ilə yanaşı, dünya kinosunun da ekran nümunələrinin müzakirə və tənqidi yer alacaq. “Kinoyazar.az” saytı məşhur amerikalı dramaturq və ssenarist Kristofer Voqlerin “Qəhrəmanın səyahəti” adlı sxeminə əsasən hazırlanıb. “Çağırış”, “Çağırışın rəddi”, “Təmas”, “Yaxınlaşma”, “Sınaq”, “Mükafat”, “Yenidən doğulma” adlı kateqoriyalara bölünmüş saytda istifadəçilər həm də yerli rejissor və müəlliflərin ssenariləri ilə də tanış ola biləcəklər. Əli İsa Cabbarov bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı kino yaradıcılığı üzrə virtual resursların artması işini davam etdirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun