Bayden Azərbaycanın ABŞ-dakı səfiri ilə görüşüb

Bayden Azərbaycanın ABŞ-dakı səfiri ilə görüşüb
25 İyun 2022
Mətni dəyiş
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Xəzər İbrahim Prezident Cozef Baydenlə görüşüb. Bu barədə səfir tviter hesabında yazıb. "Təşəkkür edirəm Cənab Prezident", - Xəzər İbrahim sosial şəbəkə hesabında qeyd edib. Diplomat görüşün təfərrüatlarını açıqlamayıb. Bundan əvvəl Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdə olub və prezidentin köməkçisi də daxil olmaqla yüksək səviyyəli rəsmilərlə görüş keçirib. Bununla bərabər ABŞ dövlət katibinin köməkçisi və ABŞ-ın digər vəzifəli şəxsləri Bakıya səfər ediblər. Son aylarda ABŞ və Azərbaycan rəsmilərinin təmasları intensivləşib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun