Azərbaycanın ərzaq təhlükəsizliyi tımin edilibmi?

Azərbaycanın ərzaq təhlükəsizliyi tımin edilibmi?
27 İyun 2022
Mətni dəyiş

https://www.youtube.com/watch?v=0gtmdeE4xXQ

Dövlətlərin milli təhlükəsizliklərinin əsas elementlərindən biri də ərzaq təhlükəsizliyidir. Burada əsas prioritet minimum istehlak səbətinə daxil olan əsas ərzaq məhsullarının hətta ən ağır böhran vəziyyətində belə əlçatan olmasıdır.


Son illər qlobal istiləşmənin və müharibələrin fonunda dünyada da ciddi ərzaq problemi yaşanır. Azərbaycan rəsmiləri bunun ölkə üçün heç bir narahatlığa səbəb olmadığını desə də, artan ərzaq qiymətləri bu istiqamətdəki vəziyyətin ürəkaçan olmadığını göstərir.

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində ölkənin ərzaq təhlükəsizliyinin tam təminatı ilə bağlı hədəflərində ərzaq təhlükəsizliyi üzrə monitorinq və informasiya sisteminin digər müvafiq yerli və beynəlxalq məlumat sistemlərinə inteqrasiya ediləcəyi və bu sistemlərlə əlaqəli fəaliyyət göstərəcəyi qeyd olunurdu.

İqtisadçı eskpert Eldəniz Əmirov deyir ki, heç bir ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı rəqəmlər əlçatan olmur. Bununla belə Azərbaycanın həm buğda idxalında, həm ərzaq təhlükəsizliyində rol oynayan digər məhsulların idxalında maksimum göstəricilərə nail olduğu bəllidir. Onun fikrincə, bu baxımdan ölkənin qarşıya qoyulan hədəflərə çatdığını söyləmək olar.

İqtisadçı Elçin Rəşidov isə deyir ki, ərzaq təhlükəsizliyi ilə bağlı qeyd edilən tədbirlər müəyyən qurumların maraqlarına uyğun gələn şəkildə icra edilir və ölkənin ümumi iqtisadi maraqlarını əks etdirmədiyinə görə, elə iqtisadiyyat üçün də zərərli olur.

İqtisadçının fikrincə, Azərbaycanda ərzaqlıq buğdanın istehsalının istehlakdan az olması və dünya okeanına çıxışın olmaması ölkəni qonşu dövlətlərin kaprizlərindən asılı vəziyyətə salır.

Elçin Rəşidov qeyd edir ki, hazırda ölkədə xüsusilə məmurların maraqlarına xidmət edən pambıq istehsalı geniş yayılıb ki, bu da ərzaq təhlükəsizliyinə zərər vuran əsas amillərdəndir.


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin mövzu ilə bağlı göndərdiyimiz sorğuya cavabında qeyd olunub ki, ərzaq təhlükəsizliyi ilə bağlı ciddi addımlar atılıb: “Dünya üzrə buğda bazarında mövcud vəziyyətin monitorinqi zamanı Rusiya hökuməti tərəfindən buğda ixracına məhdudiyyətlərin qoyulması riski nəzərə alınaraq, ölkənin un və un məhsulları ilə təminatında yarana biləcək problemlərlə bağlı qabaqlayıcı tədbirlər üzrə təkliflər hazırlanaraq hökumətə təqdim olunub və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2021-ci ilin fevral ayından ilin sonunadək un istehsalçılarına subsidiya ödənilib”, - deyə cavabda qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun