Azərbaycan mətbuatı azaddırmı?

Azərbaycan mətbuatı azaddırmı?
28 İyun 2022
Mətni dəyiş

https://www.youtube.com/watch?v=szb0aXGXTM4

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkə mətbuatı da onunla birlikdə çiyin-çiyinə 31 illik ağrılı yol keçib. Ancaq bu uzun, keşməkeşli müddətdə mətbuatın müstəqilliyini qoruya bilib-bilməməsi sual doğurur.

Ötən bu zaman ərzində ölkədə müstəqil media sıxışdırıldı, təzyiqlərə məruz qaldı, cəmiyyətin problemlərini işıqlandıran müstəqil jurnalistlərə hücum edildi, həbslərlə cəzalandıraraq söz və ifadə azadlıqlarını məhdudlaşdırmağa cəhdlər edildi.

Halbuki Azərbaycan hökumətinin qarşıya qoyduğu strategiyaya əsaslansaq, hazırda vəziyyət tamamilə fərqli olmalı idi.

Belə ki, 2012-ci il təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında uzunmüddətli perspektivdə söz və məlumat azadlığının inkişafına yönəlmiş tədbirlərin davam etdiriləcəyi, informasiya sektorunun və KİV-in fəaliyyətini tənzimləyən milli qanunvericilik bazasının beynəlxalq standartlara uyğun təkmilləşdiriləcəyi qeyd edilirdi.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyir ki, ölkədə media mühitinin inkişaf etməsi üçün sistemli addımlar atılır.

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə söyləyir ki, bu tip konsepsiyaların böyük əksəriyyəti plan xətrinə yazılıb və rəflərdə qalır.

Mövzu ilə bağlı Medianın İnkişafı Agentliyinə göndərdiyimi sorğuya cavab olaraq qurumdan bildirilib ki, bu ilin əvvəlində qəbul edilən “Media haqqında” Qanun layihəsi beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Halbuki sözügedən qanun layihəsi bir çox beynəlxalq qurumlar tərəfindən birbaşa söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi dəyərləndirilib. Son olaraq Avropa Şurasının Venesiya Komissiyası tərəfindən Azərbaycandakı “Media haqqında” Qanun layihəsi barədə verilən rəydə ölkədə müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanunun daha da “çəkindirici effekt”ə malik olacağı vurğulanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun