Bu ilin 4 ayı ərzində Azərbaycanın neft və qaz gəlirləri 3,4 milyard dolları aşıb

Bu ilin 4 ayı ərzində Azərbaycanın neft və qaz gəlirləri 3,4 milyard dolları aşıb
6 May 2022
Mətni dəyiş

Beynəlxalq bazarlarda neft və qaz qiymətlərinin artması Azərbaycanın bu enerji daşıyıcılarından əldə etdiyi gəlirlərə də ciddi təsir göstərib.

Belə ki, Azərbaycan Dövlət Neft Fondunun 5 may tarixli məlumatına görə,

- AÇG yatağından gəlir (01.01.2022-01.05.2022 tarixinə): 2 898 mln. ABŞ dolları,

- Şahdəniz yatağından gəlir (qaz və kondensat) (01.01.2022-01.05.2022 tarixinə): 405,475 mln. ABŞ dolları,

- Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2022-01.05.2022 tarixinə): 96,995 mln. ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən iki dəfə çoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun