Azərbaycan regional ticarət mərkəzinə çevrilə bildimi?

Azərbaycan regional ticarət mərkəzinə çevrilə bildimi?
6 May 2022

https://www.facebook.com/watch/?v=669816994130662

Azərbaycan hakimiyyəti artıq uzun illərdir ki, ölkənin regional ticarət mərkəzinə çevrilməsi ilə bağlı açıqlamalar verirlər. Bu iqstiqamətdə uğurların əldə edilməsi isə fəaliyyətlə yanaşı ölkənin coğrafi mövqeyindən asılıdır. Ancaq o da təbiidir ki, bu sahədə infrastrukturun olması bir çox şeyi həll edir. Biz isə ölkədəki logistik mərkəzlərdən əsasən biri ilə, Abşeron logistika mərkəzi ilə tanışıq. Ölkənin regionlarında kogistik mərkəzlər niyə azdır?

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bu problemlər də böyük ölçüdə öz həllini tapmalı idi.

Konsepsiyada deyilirdi ki, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Bu istiqamətdə hansı işlərin görülməsi isə böyük sual altındadır. AbzasMedia məsələ ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə sorğu ilə müraciət edib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun