Azərbaycan ərazisindən ixrac və tranzit daşımalar artıb

Azərbaycan ərazisindən ixrac və tranzit daşımalar artıb
9 May 2022
Mətni dəyiş
Azərbaycan ərazisindən ixrac və tranzit daşımaları getdikcə daha da populyarlaşır. Qazaxıstan və Belarus ərazisindən ixrac və tranzit daşımalara tələbat artıb. Qeyd edilir ki, geosiyasi və iqtisadi vəziyyət logistikləri qərbdən şərqə və cənuba yük axınının istiqamətini dəyişməyə məcbur edib. Rusiyanın “RJD Loqistika” şirkətindən bildirilib ki, müştərilərin Avropa sərhədlərini keçməsi ilə əlaqəli olmayan bütün istiqamətlər üzrə daşımalara tələbat artıb. İxrac axını xüsusən Xəzər dənizi limanları və Şimal-Cənub nəqliyyat dəhlizi boyunca artıb. Şirkət konteyner daşımalarının, o cümlədən kömür, taxta, filiz və mineral gübrələrin artacağını proqnozlaşdırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun