AFFA baş katibi Elxan Məmmədov istefaya göndərilib

AFFA baş katibi Elxan Məmmədov istefaya göndərilib
17 Mart 2022
Mətni dəyiş

AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası baş tutub. İclasda AFFA-ya yeni baş katib qəbul olunub. 

İcraiyyə Komitəsinin qərarı ilə bu post Sərxan Hacıyevə həvalə olunub.

Sərxan Hacıyev bu günə qədər AFFA-nın baş katibi Elxan Məmmədovun müavini olub. O, bu postda Məmmədovu əvəz edib. 2007-ci ildən AFFA-da baş katib vəzifəsini tutan E.Məmmədov bundan sonra yalnız icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.

Sərxan Emin oğlu Hacıyev 1987-ci il iyulun 8-də Daşkənd şəhərində anadan olub. 1993-2004-cü illərdə Bakı şəhərində Məktəb-Lisey Kompleksinin 200 saylı orta məktəbində, sonra isə 43 saylı liseyində təhsil alıb. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.

2006 - 2008-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən uşaq-gənclər yarışlarında hakimlik edib.

2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.

2009-cu ildən bugünədək AFFA-da işləyir:

• 2009-2011 - Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi

• 2011-2012 - Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri

• 2012-ci ildən bugünədək baş katibin müavini

2011-2013-cü illərdə AFFA və Liverpul Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.

2014-2015-ci illərdə UEFA və Lozanna Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.

2015-ci ildən etibarən UEFA nümayəndəsi kimi beynəlxalq futbol oyunlarının təşkilində iştirak edir.

2016-cı ildə Bakı şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA Avropa Çempionatının Final mərhələsi turnirinin direktoru olub.

2012-2021-ci illərdə Azərbaycanda keçirilən mötəbər futbol tədbirlərinin təşkilat komitələrində işləyib:

• 2012-ci il, FIFA 17 yaşadək qızlardan ibarət komandalar Dünya Çempionatı – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi

• 2013-cü il, Hərbçilər arasında Futbol üzrə 1-ci Dünya Kuboku – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi

• 2014-cü il, Futzal üzrə UEFA Kubokunun Final mərhələsi turniri / “Dördlər finalı” – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi

• 2019-cu il, UEFA Avropa Liqasının Final oyunu – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə

• 2021-ci il, UEFA Avropa Çempionatının Final mərhələsi turniri / AVRO-2020 – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə

Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun