Növbəti Azərbaycan Qran-prisi 10 iyunda başlayır

Növbəti Azərbaycan Qran-prisi 10 iyunda başlayır
12 Fevral 2022
Mətni dəyiş

"Formula 1" üzrə növbəti Azərbaycan Qran-prisi 10 iyunda başlayacaq. 

Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi tviter hesabı məlumat yayıb. Məlumatda qeyd olunur ki, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq.

Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək.

İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu olacaq.

Nəhayət, iyunun 12-də əsas yarış saat 15:00-da start götürəcək.

"Formula 1"də yeni mövsüm martın 20-də Bəhreyndə başlayacaq. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun