Mahir Emreli "Dinamo"da

Mahir Emreli "Dinamo"da
3 Fevral 2022
Mətni dəyiş

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib. Bu barədə məlumatı klub yayıb. Qeyd olunub ki,  o, 4,5 illik müqaviləyə imza atıb.

Artıq klub bununla bağlı təqdimat videosu yayaraq, "Yenidən xoş gəldin" yazıb. Videodan belə məlum olur ki, Emreli "Dinamo"da 11 nömrəli formanı geyinəcək. Polşa "Legiya"sı isə onunla müqavilənin qarşılıqlı razılıq əsasında pozulduğunu açıqlayıb.

Zaqreb "Dinamo"su Xorvatiyanın ən titullu klubu sayılır. "Göylər" 22 dəfə ölkə çempionu, 16 dəfə kubokun sahibi olub. Paytaxt təmsilçisi bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasından başlayıb və III təsnifat mərhələsində Mahir Emrelinin sabiq klubu Polşa "Legiya"sını iki oyunun yekununda üstələməyi bacarıb - 1:1, 1:0. Lakin pley-off mərhələsində Moldova "Şerif"i "Dinamo"nu 3:0, 0:0 hesablı hesablarla yenib.

Nəticədə Xorvatiya klubu mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirib. Bu turnirdə isə H qrupunda 10 xalla 2-ci yeri tutan kollektiv 1/8 finalda İspaniya "Sevilya"sına rəqib olub. "Dinamo" ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun