Xankəndidə yaşayan ermənilər etiraz mitinqi keçiriblər [Fotolar]

Xankəndidə yaşayan ermənilər etiraz mitinqi keçiriblər [Fotolar] Foto: Sosial media
25 Dekabr 2022
Mətni dəyiş

Dekabrın 25-də Xankəndi şəhərində yaşayan ermənilər etiraz mitinqi keçiriblər. Bu barədə qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Arayik Arutunyan "Facebook" hesabında fotolar paylaşıb.

AzadlıqRadiosunun erməni xidmətinin (Azatutyun) məlumatına görə, aksiya iştirakçıları Laçın yolunun açılmasını tələb ediblər. Mitinqdə çıxış edən Qarabağdakı separatçı qurumun "dövlət naziri" Ruben Vardanyan bildirib ki, yerli erməni əhalisinin qarşısında üç seçim var:

“Birinci variant ondan ibarətdir ki, biz tabe olaq və gec-tez yavaş-yavaş Azərbaycana inteqrasiya edək. İkinci seçim, biz buradan ayrılırıq. Üçüncüsü - biz döyüşürük" - Azatutyun yazır.

Sentyabrın 2-də Qarabağa köçməklə bağlı qərar verdiyini deyən Vardanyan “mən buradayam, döyüşürəm və Azərbaycanın şərtlərinə tabe olmayacağam. Biz onlara qarşı durmalıyıq, gücümüzlə müqavimət göstərməliyik” - Vardanyan mitinqdə belə deyib.

Azərbaycan rəsmiləri hələlik Xankəndidə səslənən fikirlərə münasibət bildirməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun