Mədəniyyət Nazirliyi qaliblərə ödənişlərin verilməməsi ilə bağlı: “Sənədləşmə işləri davam edir”

Mədəniyyət Nazirliyi qaliblərə ödənişlərin verilməməsi ilə bağlı: “Sənədləşmə işləri davam edir”
27 Noyabr 2022
Mətni dəyiş

Tammetrajlı bədii film layihələri üzrə qalib gələn şəxslər 8 aydır pullarını ala bilmirlər

Mədəniyyət Nazirliyi “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin qaliblərinə 8 aydır ödənilməli olan 300 min manatı vermir.

Nazirliyin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov AbzasMedia-nın sorğusuna cavab olaraq bildirilib ki, vəsaitlərin ödənişi üçün sənədləşdirmə işləri gedir:

“Qalib layihələrin mükafatlandırılması üçün sənədləşmə işləri davam etdirilir və görülən işlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub” – deyə cavabda qeyd olunub.

Müsabiqədə 7 layihə qalib gəlib. Layihə iştirakçıları AbzasMedia-ya müsahibələrində Mədəniyyət Nazirliyinin 8 aydır onlara ödəniş etmədiyindən şikayətləniblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun