“185 milyon böyük məbləğdir, bir insana onun çəkisinə uyğun ittiham verərlər”

“185 milyon böyük məbləğdir, bir insana onun çəkisinə uyğun ittiham verərlər” biznesmen iş adamı
28 Noyabr 2022
Mətni dəyiş

“Baku Steel Company”-nin keçmiş rəhbəri ona qarşı sürülən ittihamlara cavab verib

"Baku Steel Company"-nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R. Məmmədov ona verilmiş ittihamlarla əlaqəsi olmadığını, nə vaxtsa günahsız olduğunu sübut edəcəyini deyib: 

"Prokuror deyir ki, guya 185 milyon manat pul götürmüşəm. 185 milyon böyük məbləğdir, qazanılası pul deyil axı. Bir insana onun çəkisinə uyğun ittiham verərlər də... Adamı bu vəziyyətə gətirmək olmaz. Tutulandan bir müddət sonra həm özümün, həm atamın evini satıb zavodun 22 milyon manat borcunu ödəmişəm. Mən başqa neynəməliyəm, hər şeyimi vermişəm, özüm də gedib 15 il yatmalıyam?!"

"Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədovu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. 

O, külli miqdarda vəsaitin mənimsənilməsində, yalan sahibkarlıqda, vəzifə saxtakarlığında, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. 

Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun