Paşinyan: “Son qarşıdurmalarda həlak olan və itkin düşənlərin sayı 210 nəfəri ötüb”

Paşinyan: “Son qarşıdurmalarda həlak olan və itkin düşənlərin sayı 210 nəfəri ötüb”
14 Oktyabr 2022
Mətni dəyiş

Paşinyan bildirib ki, cəsədlərin mövqelərarası zonadan çıxarılması ilə bağlı Azərbaycanla razılığa gəlib 

“Son qarşıdurmada həlak olanların və itkin düşənlərin sayı hazırda 210 nəfəri ötüb, onlardan 3 mülki şəxs həlak olub, 2 mülki şəxs isə itkin düşüb”. 

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Astanada MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında bildirib.

Baş nazirin sözlərinə görə, 293 hərbçi və 8 mülki şəxs yaralanıb, itkin düşən hərbçilərin sayı 28 nəfərdir.

“Azərbaycan tərəfinin özü işgəncələr, əsir götürülmüş şəxslərin və artıq həlak olmuş hərbçilərin cəsədlərinin təhqir edilməsi, çoxsaylı mühakiməsiz edamlar, qətllər və erməni hərbi əsirləri ilə kobud rəftarları, habelə meyitlərlə ləyaqəti alçaldan rəftara dair şok videolar yayıb. Erməni qadın hərbçilərinin cəsədləri xüsusi amansızlıqla parçalanıb, sonra isə Azərbaycan hərbçiləri tərəfindən “qürurla” lentə alınıb. Açıq-aşkar müharibə və insanlığa qarşı cinayətləri əks etdirən bu videolar yayılır və bir sıra azərbaycanlı sosial media istifadəçiləri tərəfindən yüksək qiymətləndirilir” - Paşinyan bildirib.

Paşinyan bildirib ki, Azərbaycanın yaratdığı əngəllərə görə onlar bir neçə erməni hərbçinin meyitini mövqelərarası zonadan çıxara bilmirlər: 

“Cəsədlərin çıxarılmasının bu gün və ya sabah təşkili ilə bağlı razılaşma var. Ümid edirəm ki, bu razılaşma yerinə yetiriləcək” - baş nazir bildirib. 

Sentyabrın 12-dən 14-dək Ermənistan-Azərbaycan sərhədində baş verən intensiv döyüş əməliyyatları nəticəsində Azərbaycan tərəfi 80 nəfər hərbçisinin həlak olduğunu açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun