Makron Rusiyanı Ermənistan-Azərbaycan münaqişəsini gərginləşdirməkdə ittiham edib

Makron Rusiyanı Ermənistan-Azərbaycan münaqişəsini gərginləşdirməkdə ittiham edib
13 Oktyabr 2022
Mətni dəyiş

“Rusiya Qafqazda xaos yaratmaq istəyir”

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiya Qafqazda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan-Azərbaycan münaqişəsini qəsdən təhrik edir.

Bu sözləri Makron oktyabrın 12-də “France 2” telekanalına müsahibəsində deyib və bildirib ki, Moskva vəziyyəti Azərbaycanın xeyrinə qızışdırır.

“Son iki ildə sərhəddə nə baş verir? Sərhədin təhlükəsizliyini təmin etmək üçün orada 5 min rus əsgərinin olduğu bildirilir, lakin ruslar çoxəsrlik münaqişədən istifadə edərək, Türkiyə ilə sıx əlaqələri olan Ermənistanı zəiflətmək üçün Azərbaycanın xeyrinə oyun oynayırlar. Nə baş verdiyini görürsünüz?" - Fransa prezidenti bildirib.

Makron deyib ki, Rusiya sabitliyi pozmağa çalışır: "O, bizim hamımızın sabitliyini pozmaq üçün Qafqazda xaos yaratmaq istəyir”.

Keçən həftə Praqada Makron Ermənistan, Azərbaycan və Avropa Şurasının rəhbərləri ilə görüşüb. Dördtərəfli görüşdən sonra Aİ Azərbaycanla sərhəddə yerləşdirilmək və sərhədin delimitasiyasına kömək etmək üçün Ermənistana faktaraşdırıcı missiya göndərmək qərarına gəlib. “Azadlıq Radiosu”nun erməni bürosunun məlumatına görə, missiyaya 50-yə qədər müşahidəçi daxil olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun