İran Türkiyə ilə sərhəddə genişmiqyaslı təlimlərə başlayıb

İran Türkiyə ilə sərhəddə genişmiqyaslı təlimlərə başlayıb
24 Oktyabr 2022
Mətni dəyiş

Təlimlər quru qoşunlarının döyüş hazırlığının artırılması məqsədilə gecə saatlarında aparılır

İranın quru qoşunlarının şimal-qərb regional qərargahı ölkənin Qərbi Azərbaycan vilayətinin sərhəd bölgəsində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hərbi təlimlər Türkiyə sərhədindən çox da uzaq olmayan Pasve və Piranşəhr bölgəsində keçirilir.

Təlimlər quru qoşunlarının döyüş hazırlığının artırılması məqsədilə gecə saatlarında aparılır. 

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru qoşunları Azərbaycanla sərhəd olan Şərqi Azərbaycan və Ərdəbil vilayətlərinin şimalında hərbi təlimlər keçirib.

Təlimlərin illik plana uyğun olaraq və Quru Qoşunlarının döyüşə hazırlığının artırılması məqsədilə keçirildiyi bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun