Britaniya kəşfiyyatı: “Ukrayna müharibənin gedişatını dəyişdirə bildi, Rusiya qoşunları tükənib”

Britaniya kəşfiyyatı: “Ukrayna müharibənin gedişatını dəyişdirə bildi, Rusiya qoşunları tükənib”
11 Oktyabr 2022
Mətni dəyiş

Ukrayna şəhərlərinə kütləvi raket hücumu Rusiyaya minimum 400 milyon dollara başa gəlib

“Ukrayna müharibənin gedişatını dəyişdirə bildi və rus qoşunlarının imkanları “tükənib””.

Bu barədə elektron kəşfiyyata cavabdeh olan və hökumət, ordu üçün informasiyanın qorunmasını təmin edən kəşfiyyat təşkilatı - Britaniya Hökuməti Kommunikasiya Mərkəzinin rəhbəri Ceremi Fleminq bildirib. 

"Biz və ərazidəki rus komandirləri yaxşı bilirlər ki, onların təchizat və sursatları tükənmək üzrədir" - Fleminq “BBC News”-a müsahibəsində deyib. 

O, həmçinin hesab edib ki, həm insan, həm də texnika baxımından Rusiyanın Ukrayna müharibəsindəki xərcləri "şokedicidi"dir, çünki Rusiya qüvvələrinin işğalın əvvəlində əldə etdiyi uğurlar indi heçə çevrilib.

Fleminq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin müharibə ilə bağlı qərarları səhv olub və bunu artıq həm güc strukturları, həm də bütövlükdə Rusiya xalqı başa düşməyə başlayıb:

“Onlar Putinin situasiyanı nə qədər səhv qiymətləndirdiyini görürlər”.

Bu arada, Ukraynanın “Forbes” jurnalı oktyabrın 10-da Ukrayna şəhərlərinə kütləvi raket hücumunun Rusiya büdcəsinə nə qədərə başa gəldiyini hesablayıb. Nəşrin məlumatına görə, Rusiya bu hücumlara  400-700 milyon dollar xərcləyib. 

Jurnal yazıb ki, Rusiya Ukrayna ərazisinə 84 qanadlı raket buraxıb, hücumda 24 pilotsuz təyyarədən istifadə olunub. 

Xərcləri hesablamaq üçün “Forbes” aşağıdakı hesablamalardan istifadə edib:

Kh-101 raket- 13 milyon dollar 
Calibre - 6,5 milyon dollar
İskəndər - 3 milyon dollar 
Onyx - 1,25 milyon dollar
Kh -22 1 milyon dollar 
"Toçka-U" - 300 min dollar.

Oktyabrın 10-da buraxılan bütün dronların ümumi dəyəri bir neçə milyon dollardır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun