Hökumət Avropa təhsilini hədəfləyir, amma...

Hökumət Avropa təhsilini hədəfləyir, amma...
25 Yanvar 2022
Mətni dəyiş

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkədə təhsilin inkişafına dair atılacaq bir çox addımları əhatə edirdi.

Konsepsiyada "1 şagird, 1 kompüter", xaricdə təhsil və başqa mövzularla yanaşı, həm də 2013-2020-ci illərdə təhsil sahəsinə ayrılan vəsaitlərin ümumi həcminin inkişaf etmiş ölkələrin müvafiq göstəricilərinin səviyyəsinə çatdırılacağı deyilirdi.

Konsepsiyada nəzərdə tutulanların qeyd edilən zaman çərçivəsində həll edilib-edilməməsi böyük sual doğurur. Ayrılan vəsaitlərin təhsil sahəsində ədalətli bölünməsi və səmərəli istifadə olunması isə ayrı araşdırma mövzusudur.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, 2020-ci ildə təhsil xərclərinin ÜDM-dəki payı 4,2 faiz təşkil edib. Bu da o deməkdir ki, nəzərdə tutulan məqsədə çatılmayıb.

Çünki inkişaf etmiş ölkələrdə təhsil xərclərinin ÜDM-dakı payı ən aşağı göstərici ilə belə nəzərə alsaq, 6%-dən yüksəkdir.

Millət vəkili Anar İsgəndərov isə rəsmi statistikanın əksinə olaraq dövlətin qarşıya qoyduğu bütün məqsədlərinə çatdığını deyir.

İqtisadçı ekspert Toğrul Vəliyevin sözlərinə görə, Azərbaycanda konsepsiyalar qəbul ediləndə rəqəmlər sadəcə göstərici kimi qeyd edilir, amma iş icraata gəldikdə həm kəmiyyət, həm keyfiyyət cəhətdən inkişaf etmiş ölkələrdən xeyli geridə qaldığımız açıq-aydın görünür.

Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ilə müraciət etsək də, suallarımız cavabsız qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun