Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
21 Yanvar 2022
Mətni dəyiş

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişikliklə bağlı qanun layihəsi təqdim edilib.

Bu barədə parlamentdən bildirilib.

Məlumatda deyilir ki, iclas 2022-ci ilin yaz sessiyası çərçivəsində baş tutub.

Sonra komitə sədri iclasın gündəliyində olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik qanun layihəsini də təqdim edib. Qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin yanvarın 1-də bitib. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2023-ci ilin yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

Qanun Azərbaycanda bir mənalı qarşılanmır. Xüsusən istehlakçıların hüquqları ilə bağlı fəaliyyət gösətərn təşkilatlar hesab edirlər ki, yoxlamaların olmaması Azərbaycanda monopolist şirkətlərin alternativsiz yüksək qiymətə keyfiyyətsiz məhsul təqdim etməsinə və istehlakçılarla münasibətdə yanlışlara yol verməsinə səbəb olur. Hazırkı qanunla bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun