Azərbaycan hökuməti Avropa təhsilini hədəfləyir, amma...

Azərbaycan hökuməti Avropa təhsilini hədəfləyir, amma...
25 Yanvar 2022
Mətni dəyiş

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Azərbaycanıda təhsilin inkişafına dair atılacaq bir çox addımları özündə ehtiva edirdi. Konsepsiyada "1 şagird 1 kompüter", xaricdə təhsil və başqa mövzularla yanaşı həm də deyilirdi ki, 2013-2020-ci illərdə təhsil sahəsinə ayrılan vəsaitlərin ümumi həcmi inkişaf etmiş ölkələrin müvafiq göstəriciləri səviyyəsinə çatdırılacaq. Konsepsiyada nəzərdə tutulanların göstərilən zaman çərçivəsində həll edilib-edilməməsi isə böyük sual doğurur. Çünki inkişaf etmiş ölkələrdə təhsil xərclərinin ÜDM-dakı payı 6%-dən yüksək olsa da, Azərbaycanda bu rəqəm heç 5%-ə də çatmayıb. Ayrılan vəsaitlərin təhsil sahəsəində ədalətli bölünməsi və səmərəli istifadə olunması isə ayrı araşdırma mövzusudur. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, 2020-ci dilə təhsil xərclərinin ÜDM-dakı payı 4,2 faiz olub. Bu da o deməkdir ki, nəzərdə tutulan məqsədə çatılmayıb. Çünki inkişaf etmiş ölkələrdə təhsil xərclərinin ÜDM-dakı payı 6%-dən çoxdur. Abzas Media məsələ ilə bağlı ekspertlərin də fikrini öyrənib. Daha ətraflı videomaterialda.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun