Azərbaycan filmi ilk dəfə Almaniya kinoteatrlarında nümayiş olunacaq

Azərbaycan filmi ilk dəfə Almaniya kinoteatrlarında nümayiş olunacaq
29 Yanvar 2022
Mətni dəyiş
Rejissor Elmar İmanovun “Mövsümün sonu” (“End of Season”) tammetrajlı filmi Almaniya kinoteatrlarında nümayiş olunacaq. Film fevralın 17-dən etibarən Aaxen, Berlin, Drezden, Frankfurt, Münster, Nürnberq, Reqensburq, Hannover, Gauting, Heydelberq, Karlsrue, Leypsiqdə göstəriləcək. Berlindəki premyerada rejissor və filmin aktyorları da iştirak edəcək. Film Azərbaycanda kiçik bir ailənin həyatını əbədi dəyişəcək bir günün hekayəsindən bəhs edir. “Mövsümün sonu” filmi Rotterdam beynəlxalq kinofestivalında “FIPRESCI” mükafatına layiq görülüb. “Color of May” kinoşirkətinin Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Azharifrey”, “Maisis Peri” şirkətləri ilə müştərək ekran əsərinin bütün çəkilişləri Azərbaycanda aparılıb. Əsas rollarda Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfərov, aktyorlar Zülfiyyə Qurbanova, Mirmövsüm Mirzəzadə çəkilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun