Tələbələri imtahandan kəsməklə hədələyərək rüşvət tələb edən kafedra müdiri BDU-dan qovulub

Tələbələri imtahandan kəsməklə hədələyərək rüşvət tələb edən kafedra müdiri BDU-dan qovulub
20 İyun 2022, 15:17
Tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsməkdə ittiham olunan Bakı Dövlət Universitetinin (BDU) kafedra müəllimi işdən azad olunub.  Bildirilir ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, kafedra müdiri Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib. Bir neçə gün əvvəl Oxu.Az-ın redaksiyasına müraciət edən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova pul almaq üçün onları kütləvi şəkildə imtahandan kəsib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun