"Müsəlman Birliyi" Hərəkatının lideri aclığı davam etdirir

"Müsəlman Birliyi" Hərəkatının lideri aclığı davam etdirir
21 İyun 2022, 9:29

Bazar ertəsi vəkil Fəxrəddin Mehdiyev Qobustan həbsxanasında "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadəyə baş çəkib.

Bağırzadə 18 gündür aclıq edir, onun səhhətində ciddi problemlər yaranıb.

"Bağırzadə həddindən artıq arıqlayıb. Üzü ağarıb, səsi zəifləyib, yüksək temperaturu düşmür. Buna baxmayaraq, o, aclığı davam etdirmək niyyətindədir", deyə vəkil Turan agentliyinə bildirib.

Bağırzadə həkim nəzarəti altındadır, deyə o qeyd edib.

Taleh Bağırzadə iyunun 3-də dindarların dindirilməsi zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının Allahı təhqir etməsinə etiraz əlaməti olaraq aclığa başlayıb. Həbsxanalarda ondan çox məhbus və azadlıqda bir neçə şəxs aksiyanı dəstəkləyib.

DİN polislərin Allahı təhqir etməsi faktını təkzib edir və bu barədə iddiaları yalan adlandırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun