Ermənistan KİV Azərbaycana casusluq edən daha bir şəxsin həbs edildiyini bildirib

Ermənistan KİV Azərbaycana casusluq edən daha bir şəxsin həbs edildiyini bildirib
20 İyun 2022, 12:51
İyunun 18-də Ermənistan KİV-i daha bir Azərbaycan casusun həbs edilməsi barədə məlumat yayıb. Onun Qarabağın “dövlət qurumlarından birinin işçisi” olduğu bildirilir. Həbs edilən şəxsin adı açıqlanmır. Bildirilir ki, o, Azərbaycanın xüsusi xidmət orqanlarına Qarabağdakı vəziyyət, “Xarici İşlər Nazirliyinin strukturu və fəaliyyəti”, Qarabağın hərbiçiləri və texnikası, Rusiya sülhməramlıları haqqında və s.” məlumatları ötürüb. “2021-ci ildə A.A. Ukraynaya dəvət olunub, orada 400 dollar mükafat və bahalı ətir alıb. Bundan sonra o, ötürülən məlumat üçün ayda 300 dollar alırdı. 2022-ci ildə yanvarın 28-də A.A. Gürcüstana gedib, orada 1500 dollar və məlumat ötürmək üçün xüsusi proqramı olan Iphone 11 alıb”. Həbs edildikdən sonra A.A. gunahını etiraf edib və ona qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb. Ermənistan tərəfi mütəmadi olaraq əksəriyyəti hərbçilər olan Azərbaycan agentlərinin həbsi barədə məlumat verir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra onların ümumi sayı artıq 30 nəfəri ötüb. Son ifşa halı ötən həftə Ermənistanda Azərbaycana casusluq etdiyinə görə bir hərbiçi və bir mülki şəxsin həbs edildiyi xəbər  verilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun