Dindarlar Prezident Administrasiyası qarşısında aksiyaya cəhd edib

Dindarlar Prezident Administrasiyası qarşısında aksiyaya cəhd edib
22 İyun 2022, 15:39

iyunun 22-də "Müsəlman Birliyi" Hərəkatının bir qrup üzvü Prezident Administrasiyası önündə aksiya keçirməyə cəhd göstərib.

Etirazçıları İçərişəhər metrosu ərazisində polislər qarşılayıb, onların quruma tərəf  getmələrinə mane olublar.

Etirazçıların tələbləri "Allahı söyən, bir neçə hərəkat üzvünə zorakılıq tətbiq edən polislərin" cəzalandırılmasıdır.

Şikayətçilərin sözlərinə görə, hərəkatın 12 üzvü etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.

Gün ərzində dindarlar bir neçə qrupa bölünərək şəhərin müxtəlif istiqamətlərində - Nəsimi Rayon Baş Polis İdarəsinin binası önündə, Nərimanov metrosu yaxınlığında etiraz ediblər.

İçərişəhər və Nərimanov metrosu ərazisində keçirilən piketlər zamanı saxlanılan olmayıb.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov "bəzi sosial şəbəkə istifadəçilərinin guya polisin dinimizi təhqir etməsi barədə iddialarını" təkzib edib.

O, həmin "böhtan" məlumatları polisin nüfuzdan salınmasına yönələn şayiələr adlandırıb.

Zahidovun sözlərinə görə, Azərbaycan polisi bütün dinlərə, o cümlədən "mənsub olduğu müqəddəs dinə" hörmətlə yanaşır.

Taleh Bağırzadə 2015-ci ildə polisin Nardaranda keçirdiyi əməliyyatı zamanı həbs olunub. Həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, 16 nəfər də saxlanılıb. Məhkəmə Taleh Bağırzadəni 20 il azadlıqdan məhrum edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun