Mövlud Çavuşoğlu “Taliban” hökumətinin XİN başçısı ilə görüşüb

Mövlud Çavuşoğlu “Taliban” hökumətinin XİN başçısı ilə görüşüb
12 Mart 2022, 16:34

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı müvəqqəti “Taliban” hökumətinin xarici işlər naziri Vekili Muttaki ilə görüşüb.

Görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Görüşdən sonra mətbuata açıqlama verən “Taliban” nümayəndəsi ölkəsinin dünya ilə müsbət münasibət qurmaq niyyətində olduğunu bildirib. Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti hərbi çevirilişlə ələ alıb. Çevrilişdən sonra hələlik heç bir ölkə Taliban hakimiyyətinin legitimliyini qəbul etməyib. Eyni zamanda, silahlıların bir çox qyeri-demokrat qərarları tənqidə səbəb olub. Ancaq Taliban beynəlxalq aləmlə yaxşı münasibətlər qurmada maraqlı olduqlarını bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun