Hüquq müdafiəçiləri polisdə təzyiqə məruz qaldıqlarını deyirlər, DİN təkzib edir

Hüquq müdafiəçiləri polisdə təzyiqə məruz qaldıqlarını deyirlər, DİN təkzib edir
18 Fevral 2022, 9:45

Fevralın 17-də axşam saatlarında hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbər çəkiliş edən zaman polislər tərəfindən zorla Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına salınıblar. 

Belə ki, hüquq müdafiəçiləri səhər saatlarında Bakının Heydər Əliyev prospektində TIR-larını saxlayaraq etiraz edən şəxslərin həbs xəbərini edişib, ailələri ilə əlaqə saxlayaraq onların saxlanıldığı idarənin qarşısına gəlirlər. Canlı yayım açan hüquq müdafiəçiləri saxlanılan Rəmiş Cəfərovun atasını danışdırırlar. Bundan sonra, polis əməkdaşları onlara zor tətbiq edərək idarəyə salır. Bir neçə saat sonra idarədən çıxan Rüfət Səfərov və Zaur Əkbər bildirib ki, onlara idarədə də zorakılıq olub, təhqir ediliblər. Ancaq bir müddət sonra sərbəst buraxılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyilənlərin həqiqətə uyğun olmadığını, belə bir şeyin baş vermədiyini deyib. "İdarənin qabağında çəkiliş etdikləri üçün onlara sadecə xəbərdarlıq edilib", - deyə DİN sözçüsü bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun