Rusiya Azərbaycana Ermənistanın demarkasiya komissiyası ilə bağlı təkliflərini çatdıracaq

Rusiya Azərbaycana Ermənistanın demarkasiya komissiyası ilə bağlı təkliflərini çatdıracaq
14 Yanvar 2022
Rusiya tezliklə Ermənistan-Azərbaycan dövlət sərhədlərinin delimitasiyasına başlanmasına tərəfdardır. Bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında bildirib. O, sərhədlərin delimitasiyası məsələsinin Qarabağ regionuna aidiyyəti olmadığını qeyd edib. “Artıq bir ildir ki, biz sərhədlərin delimitasiyası ilə bağlı danışıqlara başlamağı təklif edirik”, - Rusiya XİN başçısı vurğulayıb. Lavrov diqqətə çatdırıb ki, Rusiya Azərbaycana Ermənistanın demarkasiya komissiyası ilə bağlı təkliflərini çatdıracaq: “Rusiya komissiyanın yaradılması barədə məsələnin tezliklə həll olunacağına ümid edir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun