Macarıstanın Peç şəhərində "həddən artıq erotik olması" səbəbi ilə 92 ildir tətbiq olunan "Tanqo qadağası" ləğv olunub

Macarıstanın Peç şəhərində "həddən artıq erotik olması" səbəbi ilə 92 ildir tətbiq olunan "Tanqo qadağası" ləğv olunub
23 Sentyabr 2021
Mətni dəyiş

Macarıstanın ən böyük 5-ci şəhəri olan Peç şəhərinin bələdiyyəsi 92 ildir tətbiq olunan "Tanqo qadağası"nı ləğv edib. 

Ölkənin cənubunda, macarların, xorvat və serb azlıqların yaşadığı, eyni zamanda universitet şəhəri kimi qəbul olunan rəngli Peç şəhərində belə bir qadağanın olması rəsmən aradan qaldırılması ilə birlikdə gündəmə gəlib.

Dünyada başqa heç bir nümunəsi olmayan "Tanqo qadağası" Pecsdə 1922-ci ildə tətbiq olunub. Həmin ildə Peç küçələrinin birində ardıcıl davam edən musiqi festivalından sonra şəhərin mühafizəkar təbəqəsi polisə müraciət edib. Şəhər polisi isə "həddən artıq erotik olması" səbəbi ilə "Tanqo", "Shimmy", "One step", "Foxtrott" kimi rəqsləri qadağan edib.

Ancaq qadağalar bu rəqslərə olan marağı azaltmayıb. İnsanlar məhkəməyə müraciət edib, digər şəhərlərdə olduğu kimi Peçdə də bu rəqslərin azad olmasını tələb ediblər.

Məhkəmə onların haqlı olduğunu qəbul etsə də, şəhər polisinin qərarını dəyişməyib. Məhkəmə qərar verib ki, bu rəqslər erotik xarakter daşımadığına görə, tədrisinə problem yaradılmasın, ancaq şəhərdə festivalların qadağası davam etsin.

Bu qərardan sonra illər keçdikcə, Peçdə şəhər polisinin və məhkəmənin qərarı unudulub və insanlar bu motivdə istədiklərini ediblər. Unudullub gedən, amma 92 il kağız üzərində tətbiq olunan bu qadağa ləğv olunması ilə birlikdə yenidən gündəmə gəlib.

Qadağanın ləğvindən sonra yerli əhali 23 sentyabrda Osmanlıdan qalma bir məscid də olan şəhərin mərkəzi küçələrinin birində Tanqo festivalı təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun