Avropa İttifaqı bütün mobil cihazlar üçün universal şarj təklif edir, 'Apple' şirkəti isə narazıdır

Avropa İttifaqı bütün mobil cihazlar üçün universal şarj təklif edir, 'Apple' şirkəti isə narazıdır
22 Sentyabr 2021
Mətni dəyiş

Avropa Komissiyası mobil cihaz istehsalçılarına qarşı yeni tələb irəli sürməyə hazırlaşır.

'Reuters' agentliyi bildirir ki, bu günlərdə mobil telefon, planşet və qulaqcıqların eyni şarj portu ilə təchiz edilməsini nəzərdə tutan qanun layihəsi qurumun müzakirəsinə çıxarılacaq.

Brüsselli məmurların fikrincə, enerji yığımı yuvalarının eyniləşdirilməsi həm ekoloji, həm də istifadəçi rahatlığı baxımından daha məqsədəuyğundur.

Hazırda bir çox istehsalçılar USB-C yuvasından istifadə edir. Nisbətən köhnə model cihazlar isə USB micro-B yuvasıyla təchiz olunur.

'Apple' cihazlarında isə tam fərqli texnologiya tətbiq edilir. Elə buna görə də şirkət təklifə etiraz edir.

Şirkət iddia edir ki, vahid şarj sisteminin tətbiqi innovasiyalara mane olacaq və əlavə tullantıların meydana gəlməsinə şərait yaradacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun