Paralimpiya Oyunları: Azərbaycan üçüncü qızıl medalı qazandı - [yenilənib]

Paralimpiya Oyunları: Azərbaycan üçüncü qızıl medalı qazandı - [yenilənib]
27 Avqust 2021
Mətni dəyiş
Bu gün Azərbaycan cüdoçuları Tokio Paralimpiya Oyunlarında mübarizəyə qoşulub. Qadın cüdoçularımızdan Şahanə Hacıyeva (-48 kq) Viktoriya Potapovanı (Rusiya) ipponla məğlub edərək finala vəsiqə qazanıb. O, finalda Sandrin Martineni (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb. Bununla da Azərbaycan medalların ümumi sayına görə 20-ci pillədə qərarlaşıb. **** Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medalını qazanıb. Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh (S12) -100 m arxasıüstə kateqoriyasında qızıl medal qazanıb. *** Kişilər arasında 60 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz finaldakı Vüqar Şirinli rəqibi Anuar Sarıyevi məğlub edərək bu oyunların növbəti qızıl medalını qazanıb. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun