Facebook-dan daha bir yenilik

Facebook-dan daha bir yenilik
24 Avqust 2021
Mətni dəyiş

Feysbuk sosial şəbəkəsi istifadəçilərə əsas tətbiq vasitəsi ilə video və səsli zənglər etmək imkanı verəcək funksiyanı sınaqdan keçirməyə başlayıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Əvvəllər istifadəçilər mobil telefonda yalnız “Messenger” tətbiqinin köməyi ilə mesaj göndərə bilirdilər. Yeni funksiya əsas tətbiq ilə “Messenger” arasında keçid ehtiyacını azaldacaq.

Bəzi istifadəçilər bu gündən etibarən bu funksiyadan istifadə edə biləcəklər. Təcrübənin ABŞ -dan başqa hansı ölkələrdə olacağı barədə məlumat verilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun