"Yandex" filmləri avtomatik tərcümə edən və səsləndirən proqram üzərində işləyir

"Yandex" filmləri avtomatik tərcümə edən və səsləndirən proqram üzərində işləyir
19 İyul 2021
Mətni dəyiş

Rusiyanın texnologiya şirkəti olan "Yandex" filmləri avtomatik tərcümə edən və onu səsləndirən proqram üzərində işlədiklərini bildirib.

Şirkət qeyd edib ki, yeni proqram vasitəsi ilə izləyici videoları, filmləri, serialları hansı dildə izləmək istəsə, onu seçəcək. Süni intellekt sayəsində isə tərcümələr səsləndiriləcək.

Ancaq şirkət əlavə edib ki, proqram ilk dövrlərdə Rus dilindən İngilis dilinə tərcümə etməyə imkan verəcək, sonradan isə inkişaf etdiriləcək və digər dillər də əlavə olunacaq.

Şirkət bildirib ki, gələcəkdə səsləndirməyə reallıq qatmaq üçün emosional reaksiyaların da proqrama əlavə edilməsi düşünülür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun