“TikTok”dan erotik videolarla bağlı yeni qərar

“TikTok”dan erotik videolarla bağlı yeni qərar Foto: sosial media
12 İyul 2021
Mətni dəyiş
“TikTok” videoservisi kontentin moderasiyası sistemində dəyişiklik etməyə hazırlaşır. Bu barədə Çin şirkətinin mətbuat xidməti məlumat yayıb. Bundan sonra sosial şəbəkədə kontentin moderasiyası üçün avtomatlaşdırılmış alqoritmlərdən istifadə ediləcək. Yeni sistem sayəsində zorakı və seksual səhnələrin yer aldığı videolar, həmçinin qanunsuz hərəkətlərin yol verildiyi, eləcə də qadağan edilmiş məhsulların reklamının əks olunduğu görüntülər avtomatik şəkildə silinəcək. Silinən videonun müəllifinə müvafiq xəbərdarlıq göndəriləcək və o, qərardan apelyasiya şikayəti verə biləcək. Avtomatik moderasiyanın yaxın günlərdə işə düşəcəyi bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun