“Clubhouse”a dəvət tələbi aradan qaldırılıb

“Clubhouse”a dəvət tələbi aradan qaldırılıb
22 İyul 2021
Mətni dəyiş

Səsli ünsiyyətə əsaslanan sosial şəbəkə - "Clubhouse"a qoşulmaq asanlaşıb.

Bu barədə xarici mətbuat xəbər verir.

Məlumata görə, indiyə qədər şəbəkəyə qoşulmaq üçün dəvət lazım idisə, bu gündən həmin tələb aradan qaldırılıb.

"Clubhouse”da gündəlik otaqların sayı 50 mindən yarım milyona kimi artıb. Bu ilin mayında "Android" üçün mobil tətbiqin istifadəyə verilməsindən bu yana 10 milyona yaxın istifadəçi qeydiyyatdan keçib.

Sosial şəbəkənin böyük uğuru müxtəlif klonların yaranmasına və rəqabətin kəskinləşməsinə təkan verib. Bunu nəzərə alan developerlər “Clubhouse” tətbiqini ən geci iki həftədən bir yeniləmək niyyətindədirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun