Bu il Avropa Film Festivalı onlayn formatda keçirilir

Bu il Avropa Film Festivalı onlayn formatda keçirilir
14 İyun 2021
Mətni dəyiş
Bazar ertəsi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi 11-ci Avropa filmləri festivalının açılışını elan edib. Mərasimdə çıxış edən Avropa İttifaqı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas belə festivalların Azərbaycanda 2010-cu ildən keçirildiyini qeyd edib. Festival adamlara başqalarını tanımağa, digər xalqların mədəniyyətini və mentalitetini özü üçün müəyyən etməyə, bəşəriyyətin universal problemlərinin həlli yolları barədə düşünməyə imkan verir. “Bu il festivalımız ilk dəfə onlayn formatda təşkil olunur ki, bu da Avropa kinematoqrafiyasını təkcə Bakıda deyil, həm də bütün Azərbaycan tamaşaçıları üçün daha da yaxın və əlçatan edir. Filmlər hekayələri izah etmək, duyğuları ifadə etmək və fikirləri hərəkətə gətirmək gücünə sahibdir. Bu festivalla Avropa mədəniyyətinə dair daha çox məlumat verəcəyimizə və Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəniyyətlərarası anlaşma mesajını yayacağımıza ümid edirik”. Bu illər ərzində Azərbaycan tamaşaçılarına 148 film təqdim olunub. Festival çərçivəsində iyunun 14-dən 29-dək müxtəlif janrda filmlər, həmçinin Avropa İttifaqı ölkələri  və Serbiyadan 13 sənədli film təqdim olunacaq. Bununla yanaşı, onlayn-konfranslar formatında müxtəlif rejissorlarla və mədəniyyət xadimləri ilə görüşlər keçiriləcək. “CineEurope" beynəlxalq təşkilatının nümayəndəsi Valerio Karuzo bildirib ki, bu festival Azərbaycandan başqa bir neçə Latın Amerikası və Afrika ölkəsində keçirilir. Onun sözlərinə görə, öncə 400 film təklif olunub ki, onlardan 70-i seçilib və nüfuzlu Münsiflər Heyətinə təqdim olunub. Bu saydan festivala 20 film seçilib. Azərbaycanda 10 film göstəriləcək. Festival filmlərinə saytda sadə qeydiyyat prosedurundan keçərək baxmaq olar. Filmlər orijinal dildə təqdim olunur, bəzilərində isə ingilis, rus və Azərbaycan dillərində subtitrlər var. Filmlərin əksəriyyəti nüfuzlu beynəlxalq film festivallarının qalibləridir. “Oleg” , “Fire will come”, “Our Struggles” - Kann Festivalı; “Audition” - Toronto Film Festivalı və San Sebastian Müsabiqəsi; "A casa my Home" - Sundance 2020 Dünya Sənədli Film Müsabiqəsi və Sarayevo 2020 Sənədli Film Müsabiqəsi; "Aurora"- Edinburq Beynəlxalq Film Festivalı;

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun