Banksy-nin xəstəxana divarına çəkdiyi rəsim 19 milyon avroya satılıb

Banksy-nin xəstəxana divarına çəkdiyi rəsim 19 milyon avroya satılıb
24 Mart 2021
Mətni dəyiş
İngiltərənin paytaxtı Londondakı Kristies Hərrac Evində satışa çıxarılan məşhur qraffit ustası Banksy-ə məxsus rəsm əsəri "Game Changer" (Oyun dəyişən) 19 milyon 450 min avroya satılıb. Banksy bu rəsmi tibb işçiləri üçün çəkmişdi və rəsmin satışından alınan gəlir İngiltərə Səhiyyəçilər Təşkilatına bağışlanacaq. Banksy bu əsəri keçən ilin may ayında İngiltərənin cənubundakı Southampton şəhərindəki xəstəxanaların birinin divarına çəkmişdi. Qrafitin sahəsi təqribən bir kv.m-dir. Rəsimdə balaca bir oğlan zibil yeşiyinə atılmış Betmən və Supermən kimi oyuncaqların arasında üzü masqalı və super qəhraman paltarı geyinmiş bir tibb bacısı oyuncağını havaya qaldırır. Banksy bu əsəri xəstəxana divarına çəkəndən sonra orada işləyənlər üçün bir qeyd də edib: "Etdikləriniz üçün minnətdara. Rəsim ağ-qara olsa da ətrafı işıqlandırmasına ümüd edirəm". Kimliyini gizli saxlayan ingilis qraffit ustası Banksy-nin "Devolved Parliament" əsəri keçən il 9 milyon 900 min ingilis pounduna satılmışdı. Rəssam ingilis parlamentində meymunların mübahisə etməsi səhnəsini çəkmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun