"Yahoo" Çini tərk edir: "İqtisadi və hüquqi vəziyyət daha da pisləşir"

"Yahoo" Çini tərk edir: "İqtisadi və hüquqi vəziyyət daha da pisləşir"
3 Noyabr 2021, 10:46

Dünyanın ən böyük axtarış sistemlərindən biri olan "Yahoo" Çindən çıxıb.

Şirkət bunu onunla əsaslandırıb ki, hazırda Çindəki iqtisadi-hüquqi vəziyyət ürəkaçan deyil və bu, getdikcə daha da pisləşir.

“Müstəqil və açıq internet platforması kimi istifadəçilərin hüquqlarına hörmətlə yanaşmağa davam edəcəyik. Çində çox sərt senzura var. Yerli və xarici şirkətlərin istənilən formada istifadə etdiyi bir çox söz dövlət tərəfindən senzura altına alınır”, - deyə açıqlamada qeyd olunub.

Çin qanunlarına görə, hökumətin müraciəti olarsa, şirkətlər istifadəçilərinə dair məlumatları verməyə məcburdular. Bu qanun da Çindəki Qərb şirkətlərinin fəaliyyətinə mənfi mənada təsir göstərir. Yerli şirkətlər təqiblərə məruz qalırlar.

"Yahoo" bu il ərzində Çindən çıxan ikinci Amerika şirkətidir. Bundan əvvəl “Microsoft"-un peşəkar internet platforması olan Linkendin də Çindəki fəaliyyətini dayandırmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun