Hökumət ölkədəki ekoloji vəziyyətlə bağlı üzərinə götürdüyü öhtəlikləri nə dərəcədə yerinə yetirib?

Hökumət ölkədəki ekoloji vəziyyətlə bağlı üzərinə götürdüyü öhtəlikləri nə dərəcədə yerinə yetirib?
20 Noyabr 2021
Mətni dəyiş
Azərbaycanın illərdir həllini tapmayan problemlərindən biri də ekoloji problemlərdir. Azərbaycanda ekologiya və təbii sərvətlər nazirliyi və müxtəlif qurumlar olsa da, həmçinin Azərbaycan Paris İqlim Sazişinə qoşularaq üzərinə öhdəliklər götürsə də, bu problemlərin öz həllini tapması ilə bağlı məsələ sual altındadır. Məsələn Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində sözügedən problemlər böyük ölçüdə həll edilməli idi. Konsepsiyada deyilir ki, meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq sahələrinə nisbəti artacaq, yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılması məqsədi ilə yolqoruyucu yaşıllıqlar salınacaq. Atmosfer havasına atılan zərərli maddələrə dair Avropa standartlarına uyğun milli standartlar hazırlanaraq tətbiq ediləcək. Ancaq bütün bu verilən vədlərin icra edilib-edilməməsi digər sərəncamlar kimi böyük bir sual altındadır. Abzas Media məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ilə müraciət edib. Nazirlikdən bildirilib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulmuş istiqamətlərdə, o cümlədən meşə ehtiyatlarının və yaşıllıq ərazilərinin miqyasının artırılması, magistral avtomobil yollarının ətrafında yaşıllıqların salınması, nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli tullantıların azaldılması və milli standartların qəbul edilməsi sahəsində layihələr icra olunub. AbzasMedia məsələ ilə bağlı ekspertlərin də fikrini öyrənib. Daha ətraflı videosüjetdə.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun